Bərdədə külli miqdarda qızıl - zinət əşyaları oğurlayan yeniyetmə saxlanılıb. Bərdə şəhər sakini Kəmalə Xanlarova Yusif qızının evindən oğurlanan qızıl - zinət əşyalarının ümumi dəyəri 20 min manatdır. Atabəy Xanlarov bu oğurluğa xüsusi hazırlaşdığını deyib. Oğurluq etdiyi evin açarının surətini çıxarıb, kəsici və sıxıcı kəlbətinlər, şüşəkəsən xüsusi almaz əldə edib. Ev sahibi evdə olmadığı vaxt evə daxil olaraq qızıl qolbağlar, saatlar, boyunbağılar, 5 və 10 - luq qızıllar, həmçinin mobil telefon götürüb.
Həmin qızıl - zinət əşyalarının Yevlax rayonuna satması müəyyən edilib. Qızıl zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma davam edir.
Bərdə rayon sakini olan yeniyetmə ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edib.
Zülfiyyə Telmanqızı
- Baxış: 803