• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 26.04.2017 13:07

Oğurluq cəhdləri baş tutmadı

KepezTV Player

Bakıda gözəllik salonundan oğurluq edilib. Cinayət hadisəsi salonda olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Oğru üzünü gizlətməyə çalışıb, amma çətin ki, polisin diqqətindən yayına bilsin. Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları isə iki obyektdən oğruluğa cəhd edən şəxsləri saxlayıblar.

Hadisə paytaxtın Nəsimi rayonunda yerləşən gözəllik salonlarından birində qeydə alınıb. Gecə vaxtı salona daxil olan naməlum şəxs axtarışlara başlayır. Bir anlıq gözəllik salonunda kamera olmasını fikirləşərək üzünü bağlamağa cəhd edir. Cinayətkar salondan 800 manat pul, fotoaparat, noutbuk, videokamera, iş üçün lazım olan avadanlıqları, 1 ədəd şuba, 1 ədəd palto, hətta dəsmalları da ələ keçirərək aradan çıxır.

Hadisə barədə polisə məlumat verilib, araşdırmalara başlanılıb. Dəyən ziyanın miqdarı 5 min manat miqdarında müəyyən edilib. Hazırda cinayəti törədən polis əməkdaşları tərəfindən axtarılır.

Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları qorunan obyektdən oğurluq etmək istəyən şəxsi yaxalayıblar. İdarəyə mühafizə olunan supermarketə kənar şəxsin girməsi ilə əlaqədar həyəcan siqnalı daxil olub. Cavan adam dükana yaxınlaşır, avtomatik bağlanan qapının mexanizmini sıradan çıxararaq içəri girir. Kassalara yaxınlaşanda dükanın digər hissəsindən ona tərəf gələn adamı görür. Dərhal əlini cibinə salaraq guya siqaret almaq istədiyini bildirir. Marketin əməkdaşı işləmədiklərini bildirərək cavan oğlandan çölə çıxmasını xahiş edir. Dükandan çıxan gənc onu yolun kənarından gözləyən dostunun yanına gedir. Dostu ona taksiyə əyləşib evinə getməyi təklif edəndə aralarında dava düşür. Polis əməkdaşları gənci saxlayıblar. Müqavimət göstərməsinə rəğmən, aidiyyəti üzrə 7- ci polis bölməsinə təhvil verilib. Bölmədə həmin şəxsin Ucar rayon sakini 24 yaşlı Ülfət Abdullayev olduğu müəyyənləşdirilib. 

Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşları daha bir oğurluğa cəhin qarşısını alıblar. Belə ki, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində yerləşən marketdən həyəcan siqnalı daxil olub. Mağazadan yağ oğurlmaq istəyən paytaxt sakini Mahir Qasımov saxlanılaraq 6-cı polis bölməsinə təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı