• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 25.04.2017 16:10

Şəmkirin Çinarlı qəsəbəsində əhalinin tibbi müayinəsi aparılır

KepezTV Player

Şəmkir rayonunda əhalinin tibbi müayinəsi davam edir. Müayinələr rayon poliklinikası ilə yanaşı, qəsəbə və kənd sahə xəstəxanalarında da aparılır. Çinarlı qəsəbəsində təşkil olunan növbəti tibbi yoxlamalar zamanı vətəndaşların aktivliyi müşahidə olunub. Gün ərzində 100- ə yaxın sakin müayinədən keçirilib. Ümumilikdə bu günədək Şəmkir rayonu üzrə 110 min  634 nəfər müayinələrə cəlb olunub. Nəticələrə əsasən 104252 nəfəri sağlam hesab olunub. 6698 nəfər ambulatory, 496 sakin isə stasionar müalicəyə cəlb edilib. 122 nəfərin səhhətində ciddi problemlər olduğundan Bakı şəhərində fəaliyyət göstərən xəstəxanalara göndərişlər verilib. Şəmkirdə əhalinin tam şəkildə tibbi müayinələrdən keçirilməsi üçün 3 səyyar briqada yaradılıb. Bu briqadaların əsasını Gənc Həkimlər Birliyinin üzvləri təşkil edir. Səyyar briqadalar vasitəsi ilə 66 müxtəlif yaşayış məntəqəsində müayinələr yekunlaşıb.

Elçin Əliyev- Şəmkir MRX-nın baş həkiminin müavini: “Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda əhalinin tibbi müayinəsi aparılır. Sevindirici haldır ki, vətəndaşlar arasında ciddi yolxucu xəstəliklər aşkarlanmayıb. Aşkarlanan xəstəliklər əsasən mövsümi  xarakter daşıyır ki, onlar da tez bir zamanda aradan qaldırılır”.

Firuddin Xıdırov- sakin: “Hər il gəlib xəstəxanada müayinədən keçirik. Bu gün də müayinə olunduq. Elə bir ciddi xəstəlik aşkarlanmadı. Sağ olsunlar ki, bizimlə tez-tez belə görüşlər keçirirlər”.

Natiq Hüseyn