KepezTV Player
“Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru 61 yaşlı Raya Bayramovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs filialın müsahibi 52 yaşlı Vidadi Vəliyevdir. Hazırda rayon Prokurorluğunda istintaq tədbirləri aparılır. "Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın meyidi aprelin 22-də onun iş otağında tapılıb. Müayinə zamanı qadının küt alətlə qətlə yetirildiyi məlum olub. Filialın mühasibi Vidadi Vəliyev isə həmin gün rayon xəstəxanasına müraciət edərək işlədiyi binanın dam örtüyündən düşərək xəsarət aldığını demişdi.
Zülfiyyə Telmanqızı
- Baxış: 707