• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 21.04.2017 15:10

Olimpiya çempionu ilə Azərbaycan Texnologiya Universitetində görüş keçirilib

KepezTV Player

Zədəsi ilə bağlı bir müddətdir ki, böyük idmandan kənarda qalan Toğrul Əsgərovla Azərbaycan Texnologiya Universitetində görüş keçirilib. Olimpiya Oyunlarında qızıl medal qazanan ən gənc azərbaycanlı idmançı kimi ona ali təhsil ocağının “Fəxri qonağı” adı verilib. Sərbəst güləş üzrə Olimpiya çempionu görüşdə həmçinin müəllimin və tələbə heyətinin çoxsaylı suallarını cavablandırıb. Karyerası ilə bağlı maraqlı məqamları dilə gətirən Əsgərov uğura gedən yolda çəkdiyi əziyyətlərdən danışıb. O, gəncləri aktiv şəkildə idmanla məşğul olmağa çağırıb. Toğrul karyerası ilə bağlı əsas arzusunu da görüş iştirakçılarına açıqlayıb.

Azad Rəfi