• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 20.04.2017 12:45

Bıçaqlanan paytaxt sakini xəstəxanalıq oldu

KepezTV Player

Paytaxtın Binəqədi rayonunda qanlı olay baş verib. Mircəlal Paşayev küçəsində bıçaqlanan Həsən Allahverdiyev xəstəxanaya gətirilib. Çoxlu qan itirən yaralı əməliyyata götürülüb, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Allahverdiyevin vəziyyətini ağır kimi qiymətləndirirlər. Hadisə barədə xəstəxandan polisə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Vüsalə Camal