• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 19.04.2017 15:16

Ölkəyə yeni südlük və ətlik cins damazlıqların növbəti partiyası gətirilib

KepezTV Player

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin rayonlararası təchizat bazasına xaricdən alınan  südlük və ətlik  cins damazlıqların növbəti partiyası gətirilib. Lizinq yolu ilə vətəndaşlara satılması üçün  Avstriyadan gətirilən 96 baş iribuynuzlu damazlıqlar 30 gün müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin rayonlararası təchizat bazasında karantində saxlanılacaq. Adaptasiya müddəti ərzində heyvanlar Gəncə Şəhər Baytarlıq İdarəsinin həkimləri tərəfindən nəzarətdə saxlanılır və müxtəlif xəstəliklərə qarşı peyvənd olunur. Ümumilikdə bu ilin birinci rübü ərzində Niderland və Avstriyadan 272 baş heyvan gətirilərək fermerlərə satılıb.

Bayandur Rzayev- Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: “Dövlət vəsaiti hesabına ölkəmizə damazlıq məqsədi ilə gətirilən cins malların növbəti partiyasını qəbul etdik. Heyvanlar gəlmədən öncə profilaktik məqsədlə ərazidə mexaniki təmizləmə işləri aparıldı, termiki işləmələr həyata keçirildi və kimyəvi dezinfeksiya üsullarından istifadə olundu. Hal-hazırda heyvanlardan profilaktik məqsədlə, sereloji müayinələrin aparılması üçün qan nümunələri götürülür və eyni zamanda dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır”.

 

Elton Cabbarlı