KepezTV Player
İqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət dinamika Şəmkirdə də müşahidə edilir. Cari ilin ilk 3 ayında rayon üzrə 3087 yeni iş yeri açılıb, orta aylıq əmək haqqı 312 manat təşkil edib. Əhalinin məşğulluğunun təminatında 42 bələdiyyənin nəzdində yaradılan 45 Məhdud Məsuliyyətli Cəmiyyət mühüm rol oynayıb. Nəticədə kənd təsərrüfatı, tikinti və bir çox sahələrdə artım qeydə alınıb. Hesabat iclasında qarşıda duran vəzifələr də müzakirə edilib. Aidiyyəti struktur rəhbərlərinə əhalini narahat edən problemlərin vaxtında həll olunması üçün müvafiq tapşırıqlar verilib.
Natiq Hüseyn
- Baxış: 592