• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 19.04.2017 12:10

Sevgilisi qadını kafedə bıçaqladı

KepezTV Player

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Sabunçu bazarı adlanan ərazidə yerləşən kafelərdən birində qeydə alınıb. 33 yaşlı Tərgül Hümbətəliyeva qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən bıçaqlanıb. Xəsarət alan qadın bazarın yaxınlığında yerləşən polis məntəqəsinə gəlib. Təcili tibbi yardım avtomobili çağrılıb, yaralı xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər Tərgül Hümbətəliyevanın kürək və sağrı nahiyələrindən bıçaqlandığını müəyyən ediblər. Polis əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat keçirirlər. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Zülfiyyə Telmanqızı