• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 19.04.2017 10:02

Dronların ildırıma davamlılığı yoxlanıldı

Videobloqqer Tom Skott müasir həvəskar dronların ildırım zərbəsinə qarşı dözümlülüyünü yoxlayıb. O, bu sınağı Mançestr Universitetinin alimləri ilə birgə keçirib. Eksperiment üçün 2 ədəd DJI Phantom 3 kvadrokopterindən və süni ildırım yaradan 2 milyon voltluq qurğudan istifadə olunub. İlk sınaqda adi kvadrokopter iştirak edib, ikinciyə isə ildırım ötürən rolunu oynayan elektrik ötürücü naqil yapışdırılıb. Hər iki halda kvadrokopterlərin rotorları ildırım zərbələrindən sıradan çıxıb. Araşdırmalar zamanı məlum olub ki, pilotsuz uçan aparatların plastik korpusu zədələnməsə də, bütün elektronik sistemi yüksək gərginlik nəticəsində yanıb. Buna baxmayaraq, dronların batareyaları salamat qalıb və özünün iş qabiliyyətini itirməyib. Sonda isə Skot və Mançestr Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, dronları ildırımlı hava şəraitində havaya qaldırmaq olmaz.

 

 

Cavanşir Məmmədzadə