• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 18.04.2017 12:14

Gömrük nəzarətindən gizlədilən 1800 ədəd siqaret aşkar edilərək götürülüb

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə rentgen qurğusunda gömrük baxışı keçirilib. Yoxlama zamanı əl yükündə olan 2 ədəd şirniyyat qutusunun və 1 ədəd günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı