• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 17.04.2017 13:11

Evində silah-sursat saxlayan şəxs ifşa edildi

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Babək Nərimanovun evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan "AK-47" markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd alışdırıcı və 5 ədəd patron darağı aşkar edilərək götürülüb.Saxlanılan şəxs ifadəsində silah-sursatı bir neçə il bundan əvvəl tapdığını etiraf edib.Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Zülfiyyə Telmanqızı