• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 13.04.2017 18:47

Canavarlar yenə təsərrüfata hücum etdilər

KepezTV Player

Yenə də canavarlar yaşayış məntəqəsinə hücum ediblər. Bu dəfə Kürdəmir və Göyçayda yox, Sabirabadın Azadakənd kəndində Rüstəm Qurbanova məxsus 70 baş xırdabuynuzlunun olduğu tövləyə soxulan yırtıcılar içəridəki heyvanları pərən-pərən salıblar. Köməyə gələn kənd sakinləri heyvanları axtarmağa başlayıblar. Qoyunlardan bir qismini yaralı vəziyyətdə aşkarlayıblar. Bu heyvanlara rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Təsərrüfatçı bildirir ki, canavarların ovlanmasına qoyulan qadağa fermerlərin işini çətinləşdirir. Yırtıcılar hücum edən zaman hər hansı bir tədbir görmək mümkün olmur.