Bu dəfə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsinin professorları Gəncədə master klass keçib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin əczaçılıq fakultəsinin tələbələri bu sahədə innovativ vasitələrdən istifadə, əczaçılıq sənayesinin genişlənməsi üzrə mühazirələr dinləyib. Tələbələrin müasir avadanlıqlarla təchiz olunan laboratoriyalardan istifadəsi əczaçılıqdakı yeniliklərin mənimsənilməsi baxımından müsbət hal kimi qeyd edilib. Bu baxımdan universitetdə təcrübə keçmək üçün yaradılan imkan yüksək dəyərləndirilib. Əldə olunan razılığa əsasən Aqrar universitetin tələbələri Tibb Universitetində təcrübə keçmək imkanı da qazanacaqlar.
Məhbubə Vəliyeva- ATU-nun professoru: “Hesab edirəm ki, bu işlərin nəticəsi mütləqdir ki, ya təhsildə, ya elmdə və ya aptek işinin inkişafında yaxud da əczaçılığın hansısa innovasiyon inkişafında mütləq özünü göstərəcək”.
Vaqif İsgəndərov- ATU-nun dosenti: “Əlbəttə hər iki tərəf maraqlıdır ki, kadrlar sanballı kadrlar olsun. Bunun üçün ən azı görüşmək lazımdır. İki üç aydan bir başqa ölkələrdə treninqlərə qatılmaq lazımdır. Sözsüz ki, son mərhələ yeni ixtiraların ortaya çıxarılmasıdır”.
Türkan Daşdəmirova- ADAU-nun tələbəsi: “Bu dərs bizim çox xoşumuza gəldi. Mühazirə bizim gələcək işlərimizdə, iqtisadiyyatda, əczaçılıq sahəsində yüksək fikirlərdə olmağımızı və ixtisası seçdiyimizə peşman olmadığımızı və daha çox həvəsləndiyimizi anlatdı”.
Elton Cabbarlı
- Baxış: 1037