Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.04.2017 18:13
5 kq-a yaxın narkotik tapıldı
KepezTV Player
Biləsuvar polisi yol kənarında 5 kiloqrama yaxın narkotik vasitə aşkar edib. Səmədabad Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat zamanı Biləsuvar-Cəlilabad sərhədi ərazisində, otlaq sahədə köynəyə bükülmüş halda olan 4 kq 680 qram çəkisində heroin aşkar edilib. Ehtimal olunur ki, narkotik vasitə İrandan qaçaq yolla satılması üçün ölkəmizə keçirilib. Hazırda polis heroini satmaq istəyən şəxlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Zülfiyyə Telmanqızı
- Baxış: 754