• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 10.04.2017 15:54

Göygöl rayonunda şəkər çuğundurunun becərilməsinə maraq artıb

KepezTV Player

Göygöl rayonunda şəkər çuğunduru əkənlər artıb, əkin aparılan torpaqlar genişləndirilib. Ötən il 67 hektarı əhatə edən çuğunduraltı sahələr indi 8 dəfədən çox artıb. Sentyabrda yığımına başlanılacaq məhsulun alıcı sarıdan da çətinlik yaşanmayacaq. Artıq 80 mülkiyyətçi ilə İmişli Şəkər Zavodu arasında müqavilə də bağlanıb.

Adil Qarayev- bələdiyyə sədri: “560 ha şəkər çuğundurunun becərilib təhvil verilməsi müddətində Göygöl və ətraf rayonlardan 1360 nəfərə qədər əhali işə cəlb olunacaq. Alaqotlarına qarşı becərmə işlərində daha çox əl əməyi lazım olacaq, bu da aprel-iyun aylarını əhatə edəcək”.

Xəyalə Mürsəl