• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 10.04.2017 14:45

Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialında stasionar müalicəyə cəlb olunan xəstələr mərkəzdən razılıqlarını dilə gətirdilər

KepezTV Player

Bu ilin 3 ayı ərzində Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialına 350 müraciət olub. Filiala müraciət edən əlillər, burada protez və reabilitasiya vasitələri ilə təmin olunmaqla yanaşı, həmçinin stasionar müalicəyə də cəlb olunurlar.

Qərb regionunun 11 şəhər və rayonunu əhatə edən Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı ümumilikdə regiondan olan 1000 -ə yaxın əlilə xidmət göstərir. Bu ilin 1-ci rübü ərzində mərkəzə 350 müraciət olunub  ki, bunlardan 46-sı ilk dəfədir ki, mərkəzin xidmətindən yararlanıb. Müraciətlər əsasında əlillər müxtəlif adda 900- dan artıq protez və reablitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 6 nəfər 21 gün müddətinə  stasionar müalicəyə cəlb olunub.

Nəriman Qurbanov -Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialının mühəndisi: “Ötən ildə stasionarda, amputasiya olunmuş ayaqların  protezlə təmin olunması, uşaq serebral iflicin fəsadlarının aradan qaldırılması, eləcə də anadangəlmə fiziki qüsurların aradan qaldırılması məqsədi ilə 100-dən artıq şəxs stasionar şəkildə müalicə olunub və reablitasiya xidməti keçmişdir”.

Stasionar müalicəyə cəlb olunan xəstələr gündəlik olaraq müxtəlif tibbi prosedurlardan keçirilir, təyin olunan protezlərə adaptasiya olunması üçün idman məşqlərinə cəlb olunurlar.

Namiq Pərvərov- əlil: “3 ilə yaxındır ki, mən burada müalicə alıram. Müalicə çox əla keçir. İdman zalıdır, masajdır, hər cür şərait var, çox razıyam”.

İmran Verdiyev- əlil: “4-cü gündür müalicə edirlər. Hər gün masaj edirlər, tok qəbul edirəm, trenajorlarda məşq edirəm. Yaxşıdır çox şükür. 4 gündür müalicə olunuram, görürəm artıq irəliləyiş var”.

Həmçinin filialın daxilində fəaliyyət göstərən emalatxanada bir sıra protezlər və reablitasiya vəsaitləri istehsal olunur ki, bu da regionda yaşayan əlil vətəndaşların lazımi vasitələrlə təminatını asanlaşdırır.

Elton Cabbarlı