• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1007
— 10.04.2017 14:08

Xaçmazda narkotik istifadəçisi saxlanılıb

KepezTV Player

 

Narkotik istifadəçisinin pul oğurladığı da məlum oldu. Xaçmazda narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən şəxs saxlanılıb. İstintaq zamanı onun 1080 manat pul oğurladığı da müəyyən olunub.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, 44 yaşlı Ağayev Hidayət Alimşah oğlu saxlanılıb. Onun üzərinə baxış zamanı gödəkçəsinin cibindən bir büküm, çəkisi 1.29 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz şəhər sakini İntiqam Əkbərova məxsus avtomobildən 1080 manat pul oğurladığı da müəyyən edilib. Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı