• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1952
— 10.04.2017 14:05

Kütləvi davada 5 nəfər bıçaqlandı

KepezTV Player

Cəlilabadda kütləvi dava olub.  Belə ki,  Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubova bir qrup şəxs tərəfindən zəng gəlib. Rayon sakinləri Cəlilabadın “Nar” bağı deyilən ərazisinə çağrılıblar. Burada onlarla digər 17 nəfər arasında mübahisə düşüb. Bir müddət sonra tərəflər arasında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı adları çəkilən şəxslərə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Hazırda hadisəni törədənlərin tapılıb saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı