• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 09.04.2017 01:45

Göygöldə dava olub

Göygöl rayonunda dava zamanı iki nəfər döyülüb. Rayonun Yeni Qızılca kənd sakini 39 yaşlı Samir Əliyev və onun bacısı qızı Gəncə sakini 20 yaşlı Aytac Məmmədova döyülmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Samir Əlieyevə  təpə nahiyyəsinin əzilmiş diaqnozu qoyulub və tibbi yardımdan sonra ambulator mualcəyə buraxılıb. Aytac Məmmədova isə ənsə boyun nahiyyəsinin əzniyi diaqnozu ilə şöbənin palatasına yerləşdirilib. Verilən məlumata görə Samir Əliyevlə qonşusu arasında mübahisə baş verib və qonşusu çəkiclə dayı və bacı qızını  döyüb. Faktla bağlı araşdırma aparılır.

Mehman Hüseynov - həkim: “Növbə zamanı şöbəmizə iki nəfər davadalaş zəmnində xəsarət alan gətirilib. Bunlardan biri qadın, biri kişidir. Onlar hər ikisinə yardım olub."

Elnur Vahidoğlu