• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 07.04.2017 18:36

Tapançanı satmaq istəyi gözündə qaldı

KepezTV Player

Paytaxt polisi odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxsi də saxlayıb. Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb. Bakı şəhər sakini Tərlan Mustafayev Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun üzərinə baxış keçirilən zaman bir ədəd "Revolver" tipli tapança aşkar edilərək götürülüb. Mustafayev ilkin ifadəsi zamanı tapançanı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı