Dünyada ƏDV tətbiq edən 130 ölkə “Tax Free” sisteminə qoşulub. Azərbaycanda isə “Tax Free”li ticarət və xidmət obyektlərinin sayı hələlik 254-dür. Ötən ilin iyulundan bu günə qədər xaricilərin alış-verişindən Azərbaycan 12 milyon manat qazanıb. Onun 1 milyonu “Tax Free” kimi geri qaytarılıb. Dövriyyənin böyük hissəsi paytaxtda olsa da sistemin regionlarda da tətbiqi vacib hesab edilir.
Vüqar Bayramov- iqtisadçı-ekspert: "Regionlarda onun tətbiq edilməsi vacibdir. Sözsüz bu mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə yeni islahat olduğu üçün, Azərbaycan üçün onun tam olaraq bütün ölkəni əhatə etməsi texniki baxımdan çətin idi. Həm də biznesin buna hazır olmasına ehtiyac var. Bakı indiki dövrdə pilotdur. Növbəti eləcə də ölkəyə gələn turistlərin sayında artım olduqca məqsədəuyğundur ki, regionları da bu islahat əhatə etsin".
Jalə Qurbanlı
- Baxış: 803