148 ədəd müxtəlif təyinatlı texnikanın sənədləri qərb regionundan olan 86 təsərrüfatçıya təqdim olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC tərəfindən verilən texnikalara 1 milyon manatdan çox güzəşt tətbiq olunduğuna diqqət çəkib. Dəyərinin 20 faizini ödəyən istifadəçilərə indiyədək 16 min 334 ədəd müxtəlif kənd təsərrüfatı texnikası satılıb. Ağstafada eyni zamanda nazirliyin tərkibindəki Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” qrupu da fəaliyyətə başlayıb. Bölgənin 5 rayonundan olan mexanizatorların sürücülük vəsiqələri dəyişdirilib və texnikaların dövlət qeydiyatına alınması həyata keçirilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Ağstafa rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə də görüşüb. Qəbula gələnlər fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaların alınmasına köməklik göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranan problemlərin həlli, cins mal-qaranın alınması, artezian quyularının qazılması və əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər. Ölkədə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən dəstəyin göstərildiyinə diqqət çəkən Heydər Əsədov qaldırılan müraciətlərin həlli ilə bağlı tapşırılar verib.
Natiq Hüseyn
Fərid Mehdizadə
- Baxış: 803