• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 07.04.2017 02:19

Şəmkirdə 47 yaşlı kişiyə 3 bıçaq zərbəsi endirilib

KepezTV Player

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Qanlı olay rayonunu Seyfəli kəndində törədilib. Kənd sakini 47 yaşlı Elşad Bayramov şəxsi münasibətər zəmnində tanışı tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri alan zərəçəkimiş yaxınlıqdakı insanların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərəçəkmişin bədəninin müxtəlif nahiyələrində bir neçə bıçaq yarası aşkar olunub və o dərhla əməliyyata götürülüb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Murad Mahmudov - həkim: "Xəstə Bayramov Elşad Şəmkir rayonu Seyfəli kənd sakini cərrahiyyə şöbəsinə daxil olub, qarın boşluğunun ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə.  Xəstə əməliyyat olundu vəziyyəti stabildir, reanimasiyta şöbəsində müalicəsi davam edir. Xəstədə 3 bıçaq yarası aşkar olundu, onlardan biri daxilə keçən digərləri daxilə keçməyən yaralaridi."

Xaliq Qurbanlı