• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 07.04.2017 00:12

Qadına qarşı törədilən soyğunçuluğun üstü açıldı

KepezTV Player

Vətəndaş Zərifə Şahverdiyeva Mircəlal küçəsində olarkən naməlum şəxsin onun əl çantasını zorla əlindən alıb qaçması barədə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə məlumat verib. Qadının çantasında 40 manat pul, mobil telefon, bankomat kartı və sənədləri olub. Bölmənin əməliyyatçıları dərhal hadisə yerində olublar. Ərazidəki müşahidə kameralarına baxılıb, tez bir zamanda soyğunçuluq edən şəxsin kimliyi müəyyən olunub. Bakı şəhər sakini 55 yaşlı Elçin Şabanov oğurladığı çanta ilə birlikdə saxlanılaraq 7-ci polis bölməsinə gətrilib. Elçin Şabanovun ətrafında araşdırma aparılarkən onun əvvəllər də soyğunçuluq və yol nəqliyyat hadisəsinə görə iki dəfə məhkumluq həyatı yaşadığı məlum olub. Faktla bağlı bölmədə toplanılan material baxılması üçün Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.