• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 07.04.2017 00:06

Hamamdan silah-sursat tapıldı

KepezTV Player

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yerləşən hazırda istifadə olunmayan hamamda silah-sursat gizlədildiyi barədə əməliyyat məlumatı daxil olub. Qeyd edilən hamama baxış zamanı məlumat təsdiqini tapıb. Polis əməkdaşları oradan 1 ədəd “AKS” markalı avtomat, 4 ədəd əl qumbarası, 50 ədəd müxtəlif çaplı avtomat patronları, 2 ədəd qumbara alışdırıcısı və 1 ədəd dini mərasimlərdə istifadə olunan “zəncir” aşkar edərək götürüblər. Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib. Faktla bağlı Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.