• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 06.04.2017 14:21

Goranboyda əhaliyə yararsız ət satışının qarşısını almaq üçün reydlərə başlanılıb

Əhaliyə mənşəyi məlim olmayan və yararsız ət satışının qarşısını almaq məqsədi ilə Goranboy Rayon Baytarlıq İdarəsinin həkimləri rayon ərazisində fəaliyyət göstərən bazar və ət kəsimi məntəqələrində reydlər keçirir. Satışa çıxarılan ətlərdən nümunələr götürülür, yoxlanılması üçün zona baytarlıq laboratoriyasına göndərilir. İlin əvvəlindən başlayaraq rayonda iri və xırda buynuzlu heyvanlar arasında qarayara və dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri həyata keçirildiyindən yoluxucu xəstəlik müşahidə edilmir. Həmçinin iri buynuzlu heyvanlardan brüsellyoza qarşı qan nümunələri götürülüb. 

Elsevər Hüseynov- Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “Ümumiyyətlə, baytarlıq nəzarəti xidməti həyata keçirilərkən, insan sağlamlığına təhlükə yarada bilən istənilən infeksiya mənbəyi olan ətlər aşkar olunaraq satışdan çıxarılır və zərərsizləşdirilir. Bu günə kimi 3 ay müddətində tərəfimizdən 128 kiloqram heyvan əti zərərsizləşdirilib.
Xəyal Muradov- satıcı: “Özünüz gördüyünüz kimi mağazamızda dana və quzu ətləri satılır. Hər gün səhər tezdən həkim müayinəsindən keçirilir, qəbz alınır, daha sonra satışa buraxılır”.

Elton Cabbarlı