• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 06.04.2017 13:11

Usta iş yoldaşı tərəfindən bıçaqlandı

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Maştağa qəsəbəsində usta işləyən 40 yaşlı Elşən Sadıqov bıçaq xəsarəti alıb. O, 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub, Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə barədə xəbər tutan Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Elşən Sadıqovun iş yoldaşı tərəfindən bıçaqlandığı müəyyən edilib. Hazırda həmin şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir. Vurulan bıçaq daxilə nüfuz etdiyindən faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb.

Zülfiyyə Telmanqızı