• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 06.04.2017 13:06

Mənzildən 63 yaşlı qadının meyiti tapıldı

KepezTV Player

Paytaxtda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. İçəridə meyit aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 63 yaşlı Nina Novikovadır. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə verilib. Nina Novikovanın ölüm səbəbini ekspertlər müəyyən edəndən sonra fakta hüquqi qiymət veriləcək. Araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı