• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 06.04.2017 10:32

Xəstəxanalar laboratoriya nümunələrini dronlarla mübadilə etməyə başladı

İsveçrənin Luqano şəhərinin iki xəstəxanası laboratoriya nümunələrini dronlar vasitəsilə mübadilə etməyə başlayıb. Sınaq sistemində operator qismində Swiss Post şirkəti çıxış edir. Testlər martın ortalarından start götürüb və bu günə qədər pilotsuz aparatlar xəstəxanalar arasında təxminən 70 uçuş həyata keçirib. Gələn ildən isə analoji sistemi mütəmadi işə salmağı planlaşdırırlar. Xəstəxana əməkdaşları uçan aparatın konteynerinə nümunələr yerləşdirəcək və mobil proqram vasitəsilə onu havaya qaldıracaq, əvvəlcədən təyin olunmuş uçuş isə avtonom rejimdə yerinə yetiriləcək. Dronlardan istifadə səhiyyə ocaqlarının yerüstü nəqliyyat vasitələrindən imtina etməsinə gətirib çıxaracaq ki, bu da mübadilə prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirəcək. Bu layihədə Swiss Post, Amerikanın Matternet kvadrokopterlərindən yararlanır. Onlar iki kiloqramadək yük götürmək qabiliyyətindədir. 20 kilometr isə qurğuların ən uzaq gedə biləcəyi məsafədir. Maksimal sürət saatda 36 kilometrdir. Qəzadan salamat çıxmaq üçün dronlara paraşütlər də quraşdırılıb.

Cavanşir Məmmədzadə