• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 05.04.2017 12:36

2 yeniyetmə kütləvi davada bıçaqlandı

KepezTV Player

Paytaxt ərazisində baş verən kütləvi davada iki nəfər bıçaqlanıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Cavadxan küçəsində dava yaranıb, bu zaman 17 yaşlı Əli Qəhrəmanlı və 16 yaşlı İsmayıl Salayev bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıblar, onlara lazımi tibbi yardım göstərilib. Kürək nahiyəsindən zərbə alan Əli Qəhrəmanlı palataya yerləşdirilib. İsmayıl Salayevsə xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər, zərərçəkənlərin ifadələrini alıblar. Faktla əlaqədar cinayət işi açılıb.

Zülfiyyə Telmanqızı