• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 04.04.2017 12:21

3 yanğın hadisəsi baş verdi, 1 nəfər öldü

KepezTV Player

Yanğın bir nəfəri həyatından, iki ailəni evindən edib. Sahibkarlara da ziyan dəyib.

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev yanıb. Ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvar da yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. 33 yaşlı Anar Cəfərovun yanmış meyidi içəridə aşkarlanıb.

Xaçmazın Hacı Zeynalabdin Tağıyev küçəsi ev 7 ünvanında da yanğın baş verib. 64 yaşlı İbrahim Abbasova məxsus 2 mərtəbəli yaşayış evinin yanmasına pərdənin qaz sobasının üzərinə düşərək alovlanması səbəb olub. 

Yanğın baş verən evdə 10 nəfər yaşayır. Onların içərisində yataq xəstəsi də var. Xoşbəxtlikdən evdəkilərin hamısı içəridən sağ-salamat qurtula bilib.  Əşyaların az bir hissəsini çıxarmaq mümkün olub. Ümumilikdə ev sahibinə 20-25 min manat dəyərində ziyan dəyib.  


Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən bazarların birində də yanğın baş verib. “Təzə Bazar”-da alov meyvə-tərəvəz satılan hissədən başlayıb və qısa zaman kəsiyində bir neçə dükana keçib. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 10-a yaxın yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb. Ümumi sahəsi 1,5 ha olan bazar ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Digər mağazalar alovdan mühafizə edlilib. Xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Zülfiyyə Telmanqızı