KepezTV Player
Zaqatala sakini Yevlaxda ehtiyatsızlığın qurbanı olub. Bədbəxt hadisə Aran qəsəbəsində, yol çəkilişi zamanı qeydə alınıb. 59 yaşlı Elxan İmanov işə gedərkən asfalt hamarlayan texnikanın altına düşüb. Müxtəlif bədən xəsarətləri alan fəhlə dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, asfaltı hamarlayan texnika ağır olduğundan onu anında dayandırmaq mümkün olmayıb. Hadisə qəfil baş verib və 59 yaşlı kişinin həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 418