• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2021
— 03.04.2017 04:32

Gəncədə Çay evi yanıb

KepezTV Player

Gəncədə Çay evində yanğın faktı qeydə alınıb. Hadisə şəhərin Müseyib Bağırov küçəsində yerləşən çay evində baş verib. Şəhər sakini 28 yaşlı Aqil Musayevə məxsus ümumi sahəsi 67 kvm olan 1 mərtəbəli 3 otaqlı çay evində yanğın olub. Yanğın zamanı çay evinin 15 kvm olan 1 otağın bütün yanar konistruksiyaları tamami ilə yanıb. Həmçinin 12 kvm olan giriş otağının qapısı və tavanı da yararsız hala düşüb. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 4 maşını 30 yaxın canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı yanğın söndürənlər tərəfindən alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Elnur Vahidoğlu