Güclü külək Gəncədə şəhər təsərrüfatına və fərdi avtomobillərə ziyan vurub. Şəhərin 1-ci mikrorayon ərazisində çoxillik qovaq ağacı aşaraq bina 1-in qarşısındakı 2 avtomobilin üstünə düşüb, “Volqa” və “Niva” markalı maşınlara ciddi ziyan dəyib. Təbiət hadisəsi Əttarlar küçəsində isə şam ağacı kökündən çıxaraq avtomobil və piyadalar üçün təhlükə yaradıb. Eləcə də gecə işıqlandırma dirəyi qəzalı vəziyyətə düşüb. Şəhər yaşıllaşdırma idarəsinin əməkdaşları küləyin təsirindən aşan 10 ağacın kəsilərək ərazidən uzaqlaşdırılması ilə məşğuldur.
Rizvan Quliyev- Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: “3 saylı xəstəxananın həyətində, Heydər Əliyev prospektində, Zülfü Hacıyev küçəsində, Dədə Qorqud 5 ünvanında və digər ünvanlarda fəsadlar törətmişdir. Təhlükə törədən ağacların hər birini ərazi ekologiya şöbəsinin əməkdaşları ilə siyahıya almışıq, ilin sonuna kimi bütün təhlükəli ağaclar götürüləcək”.
Elton Cabbarlı
- Baxış: 1199