• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 30.03.2017 13:07

Tovuzda 15 mindən çox aksiz markasız siqaret müsadirə olunub

KepezTV Player

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "VAZ 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerindəki sellofan torbaların içərisindən üzərində aksiz markası olmayan 15180 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı