• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 30.03.2017 00:39

Gədəbəy sakini nalayiq ifadələrə görə bıçaqlanıb

KepezTV Player

Gədəbəydə sərxoş şəxs həmyerlisini nalayiq ifadələrlə təhqir edib. Bunun nəticəsi isə çox ağır olub. Qarşı tərəf sərxoş kişinin sözünə dözə bilmədiyindən əlini bıçağa atıb. İndi qonşu kəndin sakinlərindən biri xəstəxanadadır, biri də polis şöbəsində.

Gədəbəy rayonunun İnəkboğan kənd sakini, 39 yaşlı Elçin Tağıyev bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş- deşilmiş xəsarətləri ilə Gəncə şəhər TTYX-ya çatdırılıb. Dərhal əməliyyat olunan və Reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyati təhlükəsi aradan qaldırılıb.

Cəlal Zeynalov- həkim: "Xəstə daxil olarkən ağır vəziyytdə olub. Əməliyyatda yaralar işlənərək tikilib. Vəziyyəti ağır olaraq qalır".

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Tağıyevi bıçaqlayan şəxsin Poladlı kənd sakini 37 yaşlı Vasif Quliyev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Şöbədən verilən məlumata görə, tərəflər arasında mübahisə söyüş üstdə düşüb. Belə ki, ağır dərəcəli sərxoş olan Elçin Tağıyev Vasif Quliyevin yaşadığı ünvana gedərək ona qarşı nalayiq ifadələr işlədib. Bundan hiddətlənən Quliyev ona bir neçə bıçaq zərbəsi vurub. Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

 

Natiq Hüseyn