• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 28.03.2017 22:19

Evindən və avtomobilindən 6 kq-dan artıq narkotik aşkarlandı

Evindən və avtomobilindən 6 kq-dan çox narkotik tapıldı. Özünə gün ağlamaq əvəzinə başqalarını zəhərləməyə çalışan şəxs buna görə cavab verməli olacaq.


Salyan Rayon Polis Şöbəsi əməkdaşları Qaraçala qəsəbəsində 52 yaşlı Elşən Məmmədovun evinə baxış keçiriblər. Oradan 4 ədəd kağız bükümdə, ümumi çəkisi 7,72 qram narkotik vasitə olan çətənə bitkisinin toxumu aşkar edilib. Mətbəxdən də 1 ədəd kağız bükümdə olan təmiz çəkisi 0,33 qram çətənə toxumu, bıçaq, 4 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa, yaşayış evinin 2-ci mərtəbəsindəki yataq otağından 3 ədəd polietilen kisədə 3555 qram çəkidə tiryək, yataq dəstinin altındakı şkafdan iri polietilen 2370 qramlıq qurudulmuş marixuana, həyətyanı sahədəki yardımçı tikilidən 14 ədəd kibrit qutusunda təmiz çəkisi 48,65 qram olan qurudulmuş marixuana, 1 ədəd kiçik polietilen torbada 89,79 qram marixuana aşkar edilərək götürülüb. Elşən Məmmədovun avtomobili də təmiz çıxmayıb. Onun idarə etdiyi “Mersedes”dən də qurudulmuş marixuana tapılıb. Ümumilikdə polis 6 kiloqram 603 qram narkotik vasitəni dövriyyədən çıxarıb.

Faktla bağlı Salyan RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı