• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 28.03.2017 00:08

Musiqi klubunun inzibatçısı konsert zamanı qətl törətdi

KepezTV Player

Bakının Nəsimi rayonu ərazisində fəaliyyət göstərən musiqi klubunun inzibatçısı qətl törədib. Belə ki, Abşeronun Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivindəki evdə Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polisin araşdırmaları zamanı məlum olub ki, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən musiqi klubunda mərhumla oranın inzibatçısı, Bakı şəhər sakini Fərhad Musayev arasında münaqişə baş verib. Müğənnilərdən birinin konserti zamanı yaranan münaqişədə Fərhad Telmanı yumruqla vuraraq yıxıb. Başından xəsarət alan Telman Məmmədovu Fərhad Musayev dostu ilə birgə evinə gətirib və zərərçəkən orada dünyasını dəyişib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Musayev tutulub. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.