• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 27.03.2017 13:21

Külli miqdarda psixotrop maddə sərhəddə müsadirə olundu

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda qaçaqmalın ölkəyə keçirilməsinin qarşısı alınıb. Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində ümumilikdə 2306 konvolyut və 1000 ədəd psixotrop preparatlar, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə qarşı tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Zülfiyyə Telmanqızı