• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 19.03.2017 01:30

Göygöldə avtomobil yanıb

Göygöldə yanğın hadisəsi qeydə alınıb. Yanğın rayonun Quşqara kəndində baş verib. Vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilin mühərrik hissəsinə yanğın olub. Hadisə yerinə çağrılan yanğın söndürənlər avtomobilin qalan hissələri yanğından mühafizə edib.