Hadisə axşam saatlarında rayonun Bozalqanlı kəndində baş verib. Kənd sakini 12 yaşlı Amin Tanrıverdiyev yaşadığı evdə oyun oynarkən hündürlükdən yıxılaraq sağ ayağını qırıb. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona tibbi yardım göstərilib və palataya yerləşdirilib. Vəziyyəti orta ağır olduğu bildirilir.
Elnur Vahidoğlu
- Baxış: 419