• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 17.03.2017 19:32

Rusiya prezidentinin xüsusi nümayəndəsi Gəncədədir

KepezTV Player

Gəncə MDB-nin Mədəniyyət paytaxtı - 2017-nın açılış mərasimində iştirak etmək üçün Rusiya prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkov, eləcə də MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin üzvləri Nizami yurdundadırlar. Qonaqların şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşündə Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, mədəni və dostluq əlaqələrinin inkişafından söz açılıb. Gəncədə rus dilində orta və ali tədrisin aparıldığına diqqət çəkilib. MDB-nin mədəni mərkəzi olan Gəncənin bu statusu əməkdaşlıq və dostluq formatında inkişaf etdirəcəyinə əminlik ifadə olunub. İl boyu reallaşdırılacaq layihələrdən və layihələrin önəmindən danışılıb.

MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi: Sizin şəhəriniz də gözəldir, ölkəniz də. Məni Azərbaycanla həm siyasi, həm də dostluq əlaqələri bağlayır. İnanıram ki, bu il və reallaşacaq layihələr rəngarəng və maraqlı olacaq. Biz təhsil və mədəniyyət ocaqlarının rəhbərləri ilə də görüşəcəyik və ümid edirəm ki, bu görüşlərdən sonra il ərzində reallaşacaq layihələrə yeniləri də əlavə olunacaq.

Daha sonra qonaqlar Məhsəti Gəncəvi muzeyində olublar.  2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən tikilən muzeydə şairəyə aid rəsmlər, kitablar saxlanılır.  Azərbaycan xalq mahnılarını dinlədikdən sonra,  gənclərlə görüşüblər. Rusiya prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkov Azərbaycan qadınlarının, gənclərinin savadlı, işgüzar istedadlı olduğunu xüsusi vurğulayıb. Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsinin inkişafından bəhs edən Şvıdkov gəncləri maraqlandıran sualları da cavablandırıb.