• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 17.03.2017 16:14

Yol qəzalarında 2 nəfər öldü, 2 nəfər sağlamlığını itirdi

KepezTV Player

Gəncənin Nizami prospektində ağır yol qəzası baş verib. ARB Kəpəz xəbər verir ki, Şəmkir sakini, 24 yaşlı Kənan Veyislinin idarə etdiyi “Kia” və Gəncə sakini, 34 yaşlı Lətif Heydərovun sükanı arxasında olduğu “VAZ 2109” markalı avtomobillər toqquşub. Hadisə zamanı VAZ-ın sərnişini - Samux sakini 29 yaşlı Tural Sadıqov dünyasını dəyişib. Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Xəsarət alan sürücülər isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, Lətif Heydərovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalara başlanılıb.

Mehman Hüseynov - həkim : Xəstəxanamıza iki nəfər xəstə daxil olub. Onlardan biri travmatologiya digəri isə reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində olan xəstəda qarının küt travması digər yaraılada kəllə beyn travması dianozu qoyulub. Palataya yerləşdiriliblər. Müayinə və müalicələr davam etdirilir. 

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Aydın Mehdiyev idarə etdiyi "Volksfagen" markalı avtomobillə yolu keçən Masallı rayon sakini Şavər Nuriyevanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasının dəyişib. Fakt araşdırılır. 

Natiq Hüseyn