• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 17.03.2017 14:44

Şəmkirlilər Novruz bayramını əsgərlərlə birgə qeyd etdilər

KepezTV Player

Şəmkirdə el şənliyi keçirilib. Dədə Qorqud və Bahar Qızın Novruz bayramına toplaşanları salamlaması ilə başlayan tədbir özündə xalqımızın milli- mənəvi, əxlaqi dəyərləri, məişəti və mətbəxini əks etdirib. Bayramın dünya azərbaycanlıları tərəfindən qeyd edildiyi, dövlət səviyyəsində bayram olunduğuna diqqətə çəkilib. Tədbirdə bayram tonqalı çatılıb. Novruz atributları sayılan Keçəllə Kosanın şən zarafatları, musiqi kollektivlərinin çıxışları, sakinlərə xoş anlar yaşadıb. N saylı hərbi hissənin əsgərlərinin rayon ictimayyəti ilə birlikdə rəqsləri isə sakinlərin bayram ovqatını daha da artırıb. Tədbirdə ön cəbhədə dayanan əsgərlərə bayram xonçaları da təqdim olunub.

Natiq Hüseyn