“ASAN xidmət”in adından istifadə edən şəxslə bağlı cinayət işi başlanıb. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluq birgə məlumat yayıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Bakı sakini Zöhrab Paşayevin özünü “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib, saxta sənədlərdən istifadə edərək bu ilin yanvar ayı ərzində iki vətəndaşı mərkəzə işə düzəldəcəyi adı ilə aldadıb 13 600 manat pulu ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan həmin faktlar üzrə cinayət işi başlanıb. Zöhrab Paşayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, istintaq zamanı onun özünü dövlət orqanlarının vəzifəli şəxsi, habelə məhkəmələrdə hüquqşünas kimi təqdim edərək beş epizod üzrə saxta məhkəmə qərarları, o cümlədən dövlət ştampı, möhür və blanklarından istifadə edərək ayrı-ayrı şəxsləri aldadıb onlara məxsus 10.660 manat məbləğində pulu ələ keçirməsinə dair sübutlar əldə olunub. İstintaq davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 457