• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 17.03.2017 10:13

Qeyri-adi qapaq iPhone-u hibrid Android-cihaza çevirir

ESTI adlı İsrail startapı Kickstarter kraudfandinq platformasında qeyri-adi qapağın istehsalı üçün kifayət qədər maddi vəsait toplaya bilib. iPhone üçün nəzərdə tutulan bu qapaq Apple smartfonunu hibrid-cihaza çevirir. Eye adlı qurğu özündə tamamilə Android-smartfonu birləşdirir. Eye, iPhone 6, 6s və 7-də işlənə bilər. Daha böyük versiya isə iPhone 6 Plus, 6s Plus və 7 Plus üçündür. Eye-ı iPhone-a Lightning dəliyi vasitəsilə quraşdırmaq və belədə mikrofona, dinamikə və kameralara giriş əldə etmək olar. Qapağın özünəməxsus 5 düymlük AMOLED ekranı var və Always on display funksiyasını dəstəkləyir. Qurğu həmçinin 8 nüvəli MediaTek Helio P20 prosessoru, 3 Qb operativ, 16 Qb daxili yaddaş və 256 Qb-lıq microSD kartı üçün girişlə təmin olunub. Bunlardan başqa, Eye-da iki sim kartlıq yer, qulaqcıq üçün 3,5 düymlük dəlik də tapmaq olar. Qapaq hətta naqilsiz enerji yükləməyi bacarır və Android 7.1 Nougat bazasında işləyir. Bu xəbər hazırlanana qədər qapaq üçün saytda təxminən 100 min dollar pul yığılıb. Halbuki 95 min dollar kütləvi istehsala başlamaq üçün kifayət idi. Qurğunun baza versiyası üçün 189 dollar, 4G-ni dəstəkləyən üçün isə 229 dollar tələb olunur. Əgər indi sifariş versəniz o, zaman müvafiq olaraq 95 və 129 dollar ödəməniz kifayətdir. Çatdırılmalar isə avqust və sentyabrdan başlayır.

Cavanşir Məmmədzadə