Bakıda mənzildən əlil kişinin meyiti tapılıb. Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Şərifzadə küçəsində yerləşən mənzillərin birindən 55 yaşlı Ceyhun Həsənovun cəsədi aşkar edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib. Hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, mərhumun hər iki ayağı amputasiya edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 818