• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2239
— 16.03.2017 10:02

Spyker sportkarları Koenigsegg motorları ilə şütüyəcək

Spyker şirkətinin sportkarları bundan sonra Audi yox, Koenigsegg istehsalı olan motorlarla təchiz olunacaq. İsveçlilərin motorunu ilk olaraq C8 Preliator Spyder rodsterində tətbiq ediblər. Daha sonra aqreqatın eyni adlı kupedə də peyda olacağı deyilir. 5 litrlik atmosfer mühərrik 600 at gücündədir. Motor 6 pilləli mexaniki sürət qutusu ilə vəhdət təşkil edir. Spyker C8 Preliator Spyder  100 km/saat sürəti yeni motorla yerindən 3,6 saniyəyə yığır. Maksimal sürət isə saatda 322 kilometrə çatır. Çəki yüngül olsun deyə konstruksiyanın elementlərinin əksəriyyəti alüminiumdan hazırlanıb. C8 Preliator Spyder-in asması üzərində Lotus Cars mühəndisləri işləyiblər. Təchizat siyahısına bunlar da daxildir: 19 düymlük disklər, AP Racing əyləc mexanizmləri, proyeksiyalı monitor, jestlərlə idarəetmə sistemi və 4 dinamikli 300 vattlıq audiosistem. Rodsterdən cəmi 100 ədəd buraxılacaq. Avropada bu maşın 403 500 avroya başa gələcək.

 

Cavanşir Məmmədzadə