KepezTV Player
Bakıda 4-ü Balakən, biri Cəlilabad sakini olan 5 qadın faciəli şəkildə dünyasını dəyişib. Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin ikinci kurs tələbələri, 17 yaşlı Mələk Abbasovanın və həmyaşıdı Turanə Xallayevanın, onlara qonaq gələn 3 nəfər qohumunun meyiti aşkar edilib. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, tələbələr həmin ünvanda kirayədə yaşayıb. Qadınların dəm qazından zəhərləndiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 417